Son gündə iki heç-heçə
İspaniya La Liqasında 16-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.
“Qranada” ilə “Atletik”in bir gün öncə yarıda qalmış oyununun yekununda qalib müəyyənləşməyib. Turun qapanış matçında “Rayo Valyekano” ilə “Selta” komandaları da qolsuz heç-heçə ilə kifayətləniblər.
Hazırda 41 xala malik “Jirona” vahid liderdir. “Real” 39 xalla ikinci, “Atletiko” 34 xalla üçüncüdür. Dördüncü olan “Barselona”nın da 34 xalı var.
İspaniya La Liqası
16-cı tur
8 dekabr
Xetafe – Valensiya 1:0
Qol: Mayoral, 87.
9 dekabr
Alaves – Las Palmas 0:1
Qol: K.Rodriqes, 31.
Betis – Real 1:1
Qollar: Ruibal, 66 – Bellingem, 53.
Vilyarreal – Real Sosyedad 0:3
Qollar: Merino, 38. Zubimendi, 41. Kubo, 45+4.
Malyorka – Sevilya 1:0
Qol: Larin, 11.
10 dekabr
Atletiko – Almeriya 2:1
Qollar: Morata, 17. Korrea, 22 – Baptistao, 62.
Kadis – Osasuna 1:1
Qollar: Marti, 19 – Budimir, 70-pen.
Barselona – Jirona 2:4
Qollar: Levandovski, 19. İ.Gündoğan, 90+2 – Dovbik, 12. M.Qutyerres, 40. Valeri, 80. Stuani, 90+5.
11 dekabr
Qranada – Atletik 1:1
Qollar: Qalaretta, 55-öz qapısına – İ.Uilyams, 6.
Rayo Valyekano – Selta 0:0
Bizi Facebook-da izləyin