“Sumqayıt”ın məşqçisi: “Zirə” aşkar üstün deyildi”
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində doğma meydanda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərimiz də həmişəki kimi, möhtəşəm idilər. Razı deyiləm ki, “Zirə”nin aşkar üstünlüyü var idi. Ortada oyun gedirdi. Ola bilər ki, rəqib birinci hissə ilə müqayisədə fasilədən sonra bir az aktiv oynadı. İkinci hissə gərginliklə yadda qaldı. Uduzmamaq, qalib gəlmək istəyi futbolçularda gərginliyə gətirib çıxardı. Ola bilər ki, ona görə oyunumuzda eniş yaşandı. Amma “Zirə”nin aşkar üstün olması fikri ilə razılaşmıram”.
Bizi Facebook-da izləyin