“Dünya kuboku bütün Argentinanın arzusu idi” – Messi

“İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi milli komandanın 2022 dünya çempionatında qələbəsindən sonra keçirdiyi hisslərdən danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, futbolçu bütün ömrü boyu bu qələbə üçün mübarizə apardığını söyləyib:

“Beynimdən min fikir keçdi… Bu an necə hiss etdiyinizi izah etmək çətindir. Mən bütün ömrüm boyu bu arzum üçün mübarizə aparmışam. Bu həm də ailəmin, dostlarımın və bütün Argentinanın arzusu idi. Öz-özümə dedim: “Budur, mən hər şeyi qazandım”. Dünya kubokunu səhnədə görəndə onun bizim olduğuna inana bilmədim. Ona ilk dəfə toxunmaq fürsətim olanda dərhal öpmək istədim”.

DÇ-2022-nin final oyununda Argentina millisi Fransa yığmasını məğlub edib (3:3, penaltilər 4:2). Messi turnirin ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button