ÇL: “Unudulmaz axşam olsun” – “Qalatasaray”ın baş məşqçisi

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Bayern”lə UEFA Çempionlar Liqasının qrup matçından gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis unudulmaz axşam olacağına ümid etdiyini bildirib:

“Burada olmaq həyəcanlıdır, qürur verir və xoşbəxt edir. Azarkeşlərimizin yenidən sevinməsi bizi daha da sevindirir. Çempionlar Liqasının favoritlərindən birinə, böyük təcrübəyə malik kluba qarşı oynayırıq. Ümid edirəm ki, yaxşı olacaq. Unudulmaz axşam olsun. “Mançester Yunayted”dən sonra “Bayern”lə daha bir unudulmaz axşam istəyirik”.

Qarşılaşma bu gün saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button