“Sabah” Monteneqroya yola düşdü

Azərbaycanı FİBA Avropa kubokunun müntəzəm mövsümündə təmsil edəcək “Sabah” bu həftə ilk oyununa çıxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan çempionu ilk tur çərçivəsində keçiriləcək “Mornar”la görüş üçün Monteneqroya yollanıb.

“Mornar” – “Sabah” matçı oktyabrın 18-də keçiriləcək və saat 21:00-da start götürəcək.

“Sabah”ın qrupdakı digər rəqibləri “Bahçeşehir”(Türkiyə) və “Nimburk”dir (Çexiya).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button