“Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar” – “Sabah”ın baş məşqçisi
“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun təsnifat mərhələsində Rumıniyanın “Rapid” klubuna qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 90:71 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Praktiki olaraq yaxşı çıxış etdik. Mən bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi. Düzünü desəm biz bura minimum bir oyunda qələbə qazanmağa gəlmişdik. Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu oyun qrupda keçirdiyimiz ən yaxşı qarşılaşma idi. Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar. Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm”.
Bizi Facebook-da izləyin