Azərbaycan boksçularından Anapada 6 medal

Azərbaycan millisi Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə 6 medal qazanıb.

Komanda.az xəbər verir ki, komandanın heyətində Zeynəb Rəhimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.

Yığmanın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.

Komandamız sentyabrın 26-da Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button