“Sabah” latviyalı hücumçu ilə müqavilə bağladı
“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Komanda.az klubun rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovsla 1 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaya”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Scafati” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin