Mbappe almanlarla matçda meydana niyə çıxmayıb? – Deşam açıqladı
Fransa millisinin baş məşqçisi Didye Deşam yoldaşlıq görüşündə Almaniya yığmasına məğlubiyyətdən (1:2) sonra hücumçu Kilian Mbappenin meydana çıxmamasının səbəbini açıqlayıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis futbolçunun sağlamlığı ilə bağlı problemi olduğunu bildirib:
“Mbappenin “patella vətəri”ndə problem var idi. Bu onu narahat edirdi. O, matça start heyətində başlaya bilmədiyinə görə, onu sonradan oyuna salmaq istəmədik”.
25 yaşlı hücumçunun start heyətində yer almadığı son 4 oyunun heç birində Fransa millisi qalib gələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin