Azərbaycan klublarının Avropa Liqasındakı potensial rəqibləri məlum oldu

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçilərindən “Qəbələ”nin də rəqibi müəyyənləşib.

Səpələnmişlər sırasında yer alan “Qəbələ”nin rəqibi “Dinamo” (Tbilisi, Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi olacaq.

İkinci mərhələnin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq.

Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq “Neftçi” və “Səbail” isə ilk mərhələni adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. “Neftçi” ilk mərhələdə Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” bu mərhələni keçsə, Arsenal (Tula, Rusiya) ilə üz-üzə gələcək.

“Səbail” isə ilk mərhələdə Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq. Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv mərhələni keçsə, potensial rəqibi Honved (Budapeşt, Macarıstan) – Jalgiris (Vilnüs, Litva) cütünün qalibi olacaq.

“Norçepinq” (İsveç)/“Sent-Patriks” (İrlandiya) – “Dinamo” (Belarus)/“Liepaya” (Latviya)
“Barri Taun” (Uels)/“Kliftonvill” (Şimali İrlandiya) cütünün qalibi – “Hoqesun” (Norveç) – “Ştrum” (Avstriya)
“Lexiya” (Polşa) – “İnter” (Finlandiya)/”Brondbü” (Danimarka)
“Domjale” (Sloveniya)/”Baltsan” (Malta) – “Malmö” (İsveç)/“Ballumena” (Şimali İrlandiya)/NSİ (Farer adaları) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan)/”Titoqrad” (Monteneqro) – “Osiyek” (Xorvatiya)
“Laçi” (Albaniya)/“Hapoel Bier-Şeva” (İsrail) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina)/“Kayrat” (Qazaxıstan)
AEK (Kipr)/“Petrokub” (Moldova) – “Levski” (Bolqarıstan)/”Rujomberok” (Slovakiya)
“Zeta” (Monteneqro)/ “MOL Vidi” (Macarıstan) – “Breydablik” (İslandiya)/“Vaduts” (Lixtenşteyn)
“Mölde” (Norveç)/“Reykyavik” (İslandiya) – “Çukariçki” (Serbiya)/”Banants” (Ermənistan)
“Roma” (İtaliya) – “Debretsen” (Macarıstan)/”Kukesi” (Albaniya)
“Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan)/”Speranta” (Moldova)
“Sent Culiya” (Andorra)/“Europa” (Cəbəllütariq) cütünün qalibi – “Legiya” (Polşa) – “Vitebsk” (Belarus)/“Kuopio” (Finlandiya)
“Qəbələ” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi
“Aberdin” (Şotlandiya)/”Rovaniemi” (Finlandiya) – “Fola” (Lüksemburq)/“Çixura” (Gürcüstan)
“Lüzern” (İsveçrə) – “Riterai” (Litva)/“Klaksvik” (Farer adaları)/“Tre Fiori” (San-Marino) cütünün qalibi
“Espanyol” (İspaniya) – “Styarnan” (İslandiya)/“Levadiya” (Estoniya)
“Utrext” (Hollandiya) – “Akademiya Pandev” (Şimali Makedoniya)/”Zrinski” (Bosniya və Herseqovina)
“Malatyaspor” (Türkiyə) – “Olimpiya” (Sloveniya)/“Riqa” (Latviya)
“Royal” (Antverpen, Belçika) – “Vitorul” (Rumıniya)
“Priştina” (Kosovo)/“Sent Josefs” (Cəbəllütariq) cütünün qalibi/“Reyncers” (Şotlandiya) – “Kork Siti” (İrlandiya)/“Progres” (Lüksemburq)/“Kardiff MU” (Uels) cütünün qalibi
“Krakoviya” (Polşa)/“Dunayska Ştreda” (Slovakiya) – “Atromitos” (Yunanıstan)
“Pünik” (Ermənistan)/”Şkupi” (Şimali Makedoniya) – “Yablonets” (Çexiya)
“Radniçki” (Serbiya)/“Flora” (Estoniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)
“Buduçnost” (Monteneqro)/“Trans” (Estoniya) – “Zarya” (Ukrayna)
“Ventspils” (Latviya)/”Teuta” (Albaniya) – “Qzira” (Malta)/”Hayduk” (Xorvatiya)
“Strasburq” (Fransa) – “Makkabi” (Hayfa, İsrail)/”Mura” (Sloveniya)
“Vulverhempton” (İngiltərə) – “Krusayders” (Şimali İrlandiya)/”B-36 Torshavn” (Farer adaları)
“Mlada Boleslav” (Çexiya) – “Ordabasi” (Qazaxıstan)/“Torpedo” (Gürcüstan)
“Aris” (Yunanıstan) – AEL (Limasol, Kipr)
“Brann” (Norveç)/“Şemrok Rovers” (İrlandiya) – “Kauno Jalgiris” (Litva)/”Apollon” (Kipr)
“Jeness” (Lüksemburq)/”Tobol” (Qazaxıstan) – “Vitoriya” (Portuqaliya)
“AZ Alkmaar” (Hollandiya) – “Hakken” (İsveç)
“Honved” (Macarıstan)/“Jalgiris” (Litva) – “Səbail” (Azərbaycan)/”Universitatya Krayova” (Rumıniya)
“Alaşkert” (Ermənistan)/”Makedoniya Qerçe” (Şimali Makedoniya) – “Styaua” (Rumıniya)/“Milsami” (Moldova)
“Şaxtyor” (Belarus)/“Hibernians” (Malta) – “Esbyerq” (Danimarka)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Radnik” (Bosniya və Herseqovina)/“Spartak” (Slovakiya)
“Konnak” (Uels)/”Kilmarnok” (Şotlandiya) – “Partizan” (Serbiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button