“Sabah”da amerikalı basketbolçu
“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, amerikalı Kivon Devonportla 1 illik müqavilə bağlanıb.
203 santimetr boya malik olan 25 yaşlı basketbolçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. Devonport son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin