“Qalatasaray”dan “Bayern”ə 10 milyon avroluq təklif

“Bayern”in yarımmüdafiəçisi Rayan Qravanberx karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 21 yaşlı niderlandlı üçün Bundesliqa təmsilçisinə təklif göndərib.

“Aslanlar” Rayan üçün 10 milyon avro ödəməyə hazır olduğunu söyləyib.

Qravanberx 2022/23 mövsümündə “Bayern”in heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Niderlandlı futbolçunun özü də Münhen klubundan ayrılmağa hazırdır. Buna səbəb onun davamlı olaraq forma şansı qazana bilməməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button