Azərbaycanlı həkim Avropa çempionatına təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, oğlan və qızlar arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iş başında olacaq.
Kazımova 17-20 avqustda Latviyanın paytaxtı Riqada baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin