Almanlar 100 milyon avro təklif edir, ingilislər isə…

“Tottenhem”in hücumçusu Harri Keyn “Bayern”ə keçə bilər.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, almanlar 30 yaşlı forvard üçün qarşı tərəfə 100 milyon avro təklif edib. Münhen klubu bu həftə Keynlə müqavilə imzalamaq istəyir.

Premyer Liqa təmsilçisi İngiltərə millisinin üzvü üçün azı 120 milyon avro tələb etməyi düşünür.

Keyn London klubunun yetirməsidir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button