
PSJ-nin sahibi şərtini açıqlayacaq – Mbappenin anası ilə görüşdə
PSJ-nin sahibi Nasser Əl-Xələfi yaxın günlərdə komandanın hücumçusu Kilian Mbappenin anası Faiza Lamari ilə görüşəcək.
Komanda.az “Relevo”-ya isitinadən xəbər verir ki, görüşdə 24 yaşlı futbolçunun gələcəyi müzakirə ediləcək. Əl-Xələfi bu görüşdə klubun israrlı olacağını və fransalı oyunçunun yalnız iki seçimi olduğunu bildirəcək: indi getmək və ya yeni müqavilə imzalamaq.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, komandanın heyətində 260 matçda 212 qol vurub və 98 məhsuldar ötürmə edib. Daha əvvəl Mbappenin PSJ ilə müqaviləni daha bir mövsüm uzatmaq variantından imtina etdiyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



