Luis Enrike PSJ-nin baş məşqçisi olsa…
İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrike PSJ-nin “sükanı arxasına” keçsə, Neymar Paris klubunu tərk etməyəcək.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Enrikenin adının Fransa təmsilçisi ilə hallanmasından sonra belə qərara gəlib.
Öncədən ispaniyalı mütəxəssisin PSJ-də uzunmüddətli layihə qurmaq istədiyi bildirilirdi. Onun klub rəhbərliyindən heyəti gücləndirmək üçün lazımi transferləri həyata keçirməklə bağlı razılıq əldə etdiyi də deyilirdi.
Xatırladaq ki, Neymar 2014-2017-ci illərdə Enrikenin başçılığı altında “Barselona”da çıxış edib.
Enrikenin sonuncu iş yeri İspaniya yığması olub. Onun rəhbərliyi altında Mərakeşə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırmışdı. Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.
Bizi Facebook-da izləyin