Messinin ərəblərlə 25 milyon dollarlıq anlaşmasının DETALLARI

Lionel Messinin Səudiyyə Ərəbistanı hökuməti ilə müqaviləsinin təfərrüatları məlum olub.

Komanda.az “The New York Times”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının turizm nazirliyi ilə argentinalı hücumçu ölkənin dünyadakı imicini yaxşılaşdırmağa kömək etməli olan müqavilə bağlayıb.

Messi 2022-ci ilin may ayında ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib. O, Qırmızı dənizdə dincəldikdən sonra “instaqram”da foto yerləşdirib. Ehtimal olunur ki, bu, futbolçu ilə nazirlik arasında əməkdaşlığın başlanğıcı olub və bu səfər Lionelə təxminən 2 milyon dollar qazandırıb.

“The New York Times” qəzetinin yazdığına görə, Messi bu müqavilədən üç il ərzində təxminən 25 milyon dollar qazana bilər.

Söhbət kommersiya fəaliyyətlərində iştirakdan, sosial şəbəkələrdəki yazılardan (Leonun “instaqram”ının indi 473 milyon abunəçisi var – red) və Messinin ailəsi ilə Səudiyyə Ərəbistanında keçirməli olduğu ödənişli tətillərdən gedir. Futbolçu səfərlərindən fotoları paylaşmalı və onları nazirlik tərəfindən təsdiqlənmiş “haştağ” ilə etiketləməlidir.

Messinin Səudiyyə Ərəbistanının turizm nazirliyi ilə müqaviləsinə aşağıdakı maddələr daxildir:

  • İldə ən azı beş günlük ailə tətili və ya iki dəfə olmaqla hər biri üç günlük iki illik tətil üçün təxminən 2 milyon dollar. Messi və onun 20-yə qədər ailə üzvləri, dostlarının beşulduzlu otellərdə xərcləri hökumət tərəfindən qarşılanmalıdır.
  • Krallıqda bayram reklamı üçün ildə 10 dəfə futbolçunun sosial media hesablarında Səudiyyə Ərəbistanını tanıtmağa görə daha 2 milyon dollar.
  • Daha 2 milyon dollara yaxın Səudiyyə Ərəbistanında illik turizm kampaniyasında iştirak üçün.
  • Xeyriyyəçilik və ictimai çıxış üçün daha 2 milyon dollar.

Xatırladaq ki, Messi bu yay Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna gedə bilərdi, lakin o, sonda “İnter Mayami”ni seçdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button