“Neftçi” Şuşadakı basketbol turnirinin qalibi oldu

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, finalda Azərbaycanın “Neftçi” komandası ilə Niderland millisi üz-üzə gəlib.

Rəqibini 20:12 hesabı ilə məğlub edən “Neftçi” çempion olub.

Xatırladaq ki, Niderland yığması yarımfinalda Almaniya millisinə 21:10 hesabı ilə qalib gələrək finala çıxmışdı. “Neftçi” isə yarımfinalda Macarıstan millisinə 15:14 hesabı ilə qalib gələn həlledici qarşılaşmaya vəsiqə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button