Mendilibar: “Roma” hesabı açanda hamı düşünürdü ki…”

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının “Roma” ilə final qarşılaşması (1:1, penaltilər – 4:1) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mövsümü kubokla başa vurduqları üçün şad olduğunu dilə gətirib:

“Matça pis başladıq. Rəqib özünü daha rahat hiss edirdi. Fasilədən sonra hər şey dəyişdi. Əlavə 30 dəqiqədə əhəmiyyətli heç nə baş vermədi. Penaltilər seriyasında isə uğur qazandıq. Buna görə çox şadam. Həm də ona görə şadam ki, çətin keçən mövsümü kubokla başa vurduq. Yaxşı işlər gördük. Bu, kluba müsbət təsir edə bilər.

“Roma” hesabı açanda hamı düşünürdü ki, bizim qalib gəlməyimiz çox çətin olacaq. Ancaq ikinci hissədə hesabı bərabərləşdirdik. Bu məqam qələbə qazanmağımıza çox təsir etdi. Məşq zamanı tətbiq edilən cəzalarla 60 min azarkeş qarşısında verilən cəzalar eyni olmur. Düzü, penaltilər seriyası üçün məşqlər etməmişdik. Penalti zərbələrini yerinə yetirəcək futbolçulara çox güvənirdik”.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mendilibar avrokubokların finalında həmkarı Joze Mourinyonu məğlub edən ilk məşqçi kimi tarixə düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button