“Qəbələ”dən ayrılan futbolçu “Zirə”də – Rəsmi

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qartallar” Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Elvin həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

Daha əvvəl Cavid Hüseynov da “Qəbələ”dən “Zirə”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button