Eddi İsrafilov: “Komanda bir oyunçudan asılı olmalı deyil”
“Yüz faizlik formamı bərpa etmək üçün daha da artırmalıyam”.
Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Eddi İsrafilov klubun televiziyasına açıqlamasında deyib.
O, Azərbaycan Premyer Liqasının 26-cı turunda “Şamaxı” ilə keçiriləcək oyuna yaxşı hazırlaşdıqlarını söyləyib:
“Hazırlıq yaxşı gedir, hər şey öz qaydasındadır. Mən də formamı yavaş-yavaş bərpa etdiyimi hiss edirəm. Zədələr də futbolun bir hissəsidir. Buna öyrəşməliyik. Komanda bir oyunçudan asılı olmalı deyil. Kollektiv oyun sayəsində növbəti matçlarda uğurlu nəticələr qazanmağa çalışacağıq”.
Martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin