“Atletiko”nun prezidentindən Qrizmann açıqlaması
“Atletiko”nun prezidenti Enriko Sereso Antuan Qrizmannın komandanı tərk etməsinə münasibətini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sereso, fransız hücumçunun ayrılmaq qərarına məyus olduğunu deyib:
“Əsəbiləşməkdən daha çox məyus oldum. Qrizmannın “Atletiko”da parlaq gələcəyi var idi. Qərarına hörmətlə yanaşıram.
Hansı kluba transfer olacağı barədə bir fikrim yoxdur. İstədiyi yerə gedəcək”.
“Atletiko” mövsümün sonunda Qrizmannın ayrılacağını açıqlayıb. 28 yaşlı hücumçunun “Barselona”ya transfer olacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin