Mane sıradan çıxdı
“Bayern”in futbolçusu Sadio Mane zədələnib.
Komanda.az xəbər verir ki, Seneqal millisinin hücumçusu DÇ-2022-nin startına iki həftə qalmış sıradan çıxıb.
30 yaşlı futbolçu “Verder”lə oyunda (6:1) xəsarət alıb. O, Bundesliqanın 14-cü turunun matçının 15-ci dəqiqəsində dizini tutaraq, yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.
Seneqal millisi DÇ-2022-nin A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin