PSJ-dən səfərdə çətin qələbə

Fransa çempionatında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Klermon” – “Monpelye” və “Lill” – “Renn” matçlarında qalib müəyyənləşməyib. “Nitsa” “Brest”i, “Reyms” isə “Nant”ı minimal hesabla üstələyib. “Monako” da səfərdə “Tuluza” üzərində inamlı qələbəyə sevinib.

Səfərdə “Loryan”la qarşılaşan lider PSJ bu turu da qələbə ilə başa vurub. Lion və Marsel “Olimpik”lərinin duelində isə meydan sahibləri tək qolla 3 xal qazanıblar.

14 turdan sonra 38 xala malik PSJ vahid liderdir. “Lans” 33 xalla ikinci, “Renn” 28 xalla üçüncüdür. Marsel “Olimpik”i, “Monako” və “Loryan”ın isə 27 xalı var.

Fransa, Liqa 1
14-cü tur

4 noyabr

Trua – Oser 1:1
Qol
: R.Lopes, 28 – Perrin, 86.

5 noyabr

Ayaçço – Strasburq 4:2
Qol
: Belaili, 33-pen; 40-pen. El İdrissi, 34. Nuri, 45+2 – Belleqard, 6. Qameyro, 17.

Anje – Lans 1:2
Qol
: Blajiç, 87 – Said, 21. Medina, 51.

6 noyabr

Loryan – PSJ 1:2
Qol
: Moffi, 53 – Neymar, 9. D.Pereyra, 81.

Klermon – Monpelye 1:1
Qol
: Andriç, 62 – Savanye, 10-pen.

Nitsa – Brest 1:0
Qol
: Laborde, 54.

Reyms – Nant 1:0
Qol
: Baloqun, 83-pen.

Tuluza – Monako 0:2
Qol
: Qolovin, 46. Embolo, 60.

Lill – Renn 1:1
Qol
: Fonte, 16 – Buriqe, 58.

Olimpik (Marsel) – Olimpik (Lion) 1:0
Qol
: Jiqo, 43.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button