
Naqelsmanndan “İnter”, yoxsa “Barselona” sualına cavab
“Bayern”in baş məşqçisi Yulian Naqelsmann UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Barselona” ilə oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barselona”nın güclü tərəfləri olduğunu deyib:
“Barselona”nın ilk oyunda çoxlu şansları oldu. Ancaq ilk şansımızdan istifadə etdik və ikinci hissədə yaxşı oynadıq. İlk qarşılaşma tamamilə fərqli hissələrdən ibarət olub”.
Naqelsmann “Kim pley-offa vəsiqə qazanmalıdır: “İnter”, yoxsa “Barselona” sualına belə cavab verib:
“Bu suala cavabım yoxdur. Mənim üçün o qədər də vacib deyil. Əsas odur ki, növbəti mərhələyə keçmişik. “Barselona”nın güclü tərəfləri var. Bu, şübhəsizdir. Avropanın ən yaxşı komandalarından biridir. Əminəm ki, qarşıdakı matçda bunu görəcəyik”.
“Bayern” bu gün səfərdə “Barselona”nın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



