Derbidə topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Neftçi” oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov sosial şəbəkə hesabında paylaşım edib.

Oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisinə saat 15:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button