“Bu oyundan sonra sərxoş olacam!” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Qlazqoda Çempionlar Liqası matçında “Reyncers” üzərində inamlı qələbənin oktyabrın 16-da “Mançester Siti” ilə keçiriləcək Premyer Liqa oyununa necə təsir edəcəyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istiadən xəbər verir ki, o, indi hər şeyin fərqli olacağını deyib:

“Mançester Siti ilə oyun öncəsi əhval-ruhiyyə dəyişdi. İndi hər şey tamamilə fərqlidir. Biz adətən səfər oyunlarından sonra pivə içirik. Amma mən içmədim, yəqin ki, bu oyundan sonra sərxoş olacam!

Bu bazar günü “Enfild”də kimi qəbul edəcəyimizi hamımız yaxşı bilirik. Tamamilə fərqli oyun olacaq, bunu bilirik. Belə bir matça, bugünkü əhval-ruhiyyə ilə yanaşmaq daha yaxşıdır. Eyni zamanda, 7:1 hesabından lazım olandan artıq nəsə çıxarmırıq. Bu, konkret nəticədir. Biz bura yeddi qol vurmaq fikri ilə gəlməmişdik. 2:1 hesabı ilə qalib gəlsəydik, mən yenə də xoşbəxt olardım. İndi biz növbəti oyuna hazırlaşırıq”.

“Liverpul” “Reyncers”i 7:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button