Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bilindi
Oktyabrın 15-də Albaniyanın Dürres şəhərində start götürəcək 20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, U-20 yığmasında Tehran Məmmədov (61 kq), Ravin Alməmmədov (67 kq), Ömər Cavadov, Murad Əliyev (hər ikisi – 73 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (109 kq) və Rəhman Kazımov (109 kq) mübarizə aparacaq.
U-23-də isə İsa Rüstəmov (67 kq) ilə Füqan Əliyev (81 kq) qüvvəsini sınayacaq.
Avropa birinciliyi oktyabrın 25-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin