“İşimin təhlükə altında olduğunu hiss etmirəm” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın Çempionlar Liqasındakı çıxışını şərh edib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis fərq yaratmalı olduqlarını deyib:
“Burada işimin təhlükə altında olduğunu hiss etmirəm. Futbolda belə məqamların olması normaldır. Biz çox çalışmalı və fərq yaratmalıyıq. Bundan əlavə, hazırda çox vacib oyunçularımız zədəlidir”.
“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında “Benfika”ya uduzub (1:2). Bu, Turin klubunun turnirdə ikinci məğlubiyyətidir.
İki turdan sonra “Yuventus” bir xal belə qazanmadan H qrupunda sonuncu yerdə qərarlaşıb. Komanda ÇL-də növbəti turda “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin