Haland bunu bacaran 4-cü futbolçu oldu
“Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in 4:0 hesablı qələbəsində dublla pay sahiblərindən olan Erlinq Haland tarixi uğura imza atıb.
Norveçli hücumçu Mançester klubu ilə Çempionlar Liqasındakı ilk matçında qol hesabını açıb. O, “Zalsburq” və Dortmund “Borussiya”sında da bunu bacarmışdı.
Haland üç komanda ilə Çempionlar Liqasındakı debütündə qol vuran 4-cü futbolçudur. Ona kimi buna yalnız üç hücumçu nail olub ki, bunlar Fernando Moryentes, Xavyer Saviola və Zlatan İbrahimoviçdir.
Haland bu yay Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin