“Kəpəz” yeni baş məşqçisini nə vaxt açıqlayacaq? – Açıqlama

Ötən gün xəbər verdiyimiz kimi, milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyevin “Kəpəz”ə keçidi baş tutmayıb. Gəncə təmsilçisi hazırda digər namizədləri nəzərdən keçirir.

Bu barədə Komanda.az-a klubun mətbuat katibi Azad Mustafayev məlumat verib. Mustafayev yeni namizədlərlə danışıqların davam etdiyini deyib:

“Hazırda baş məşqçi axtarışları davam edir. “Kəpəz” rəsmi olaraq kiminlə anlaşdığı, müqaviləyə qol çəkdiyi haqda heç kimə xəbər verməyib. Biz ancaq rəsmi xəbərləri ictimaiyyətlə və mətbuatla bölüşürük. Baş məşqçi ilə bağlı məsələ hələ də açıq qalır. Namizədlər var. Rəhbərlik tərəfindən o namizədlərlə bağlı iş aparılır”.

Xatırladaq ki, “Kəpəz” cari mövsümdə Premyer Liqada keçirdiyi bütün oyunlarda uduzub və baş məşqçi Yaşar Vahabzadə istefaya göndərilib.

Bizi Telegramda izləyin

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button