Sterlinq Anelka ilə Starricin etdiyini etdi
İngiltərəli hücumçu Rahim Sterlinq “Çelsi”də qol hesabını açıb.
Komanda.az xəbər verir ki, “zadəganlar”ın hücumçusu “Lester”lə oyunda (2:1) iki dəfə fərqlənib.
Sterlinq “Liverpul”, “Mançester Siti” və “Çelsi”nin heyətində qol sevinci yaşayan 3-cü futbolçudur. Buna daha öncə Nikola Anelka və Daniel Starric nail olub.
27 yaşlı futbolçu “Çelsi”yə “Mançester Siti”dən 56,2 milyon avroya transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin