Üç rayonda ağırlıqqaldırma zalları açılıb
İsmayıllı, Qax və Balakən rayonlarında yeni ağırlıqqaldırma zalları istifadəyə verilib.
Komanda.az xəbər verir ki, “Girdiman”, “Kürmük” və BAF klublarının məşq zalları müvafiq avadanlıqlarla təchiz olunub. Zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib. Yeni idman zallarında isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş-kabinələri, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb.
Yeni idman zallarında təcrübəli mütəxəssislərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin