“Arsenal”dan əzmkar qələbə, “Çelsi”dən Almaniyada heç-heçə
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Almaniya “Ayntraxt”ı İngiltərənin “Çelsi” klubunu qəbul edib. “Ayntraxt” 1/4 finalda “Benfika”nı, “Çelsi” isə “Slaviya”nı mübarizədən kənarlaşdırmışdı. Bu komandaların duelində isə heç-heçə qeydə alınıb.
Günün digər qarşılaşmasında “Arsenal” Londonda “Valensiya”nı sınağa çəkib. “Topçular” bundan əvvəlki mərhələdə “Napoli”ni hər iki oyunda məğlub edərək, mübarizədən kənarlaşdırıb. “Valensiya” isə “Vilyarreal” səddini aşıb. Bu kollektivlərin ilk oyununda hesabı İspaniya təmsilçisi açıb. amma erkən qola vaxtında cavab verməyi bacaran londonlular əzmkar qələbəyə imza atıblar.
Yarımfinalın cavab matçları mayın 9-da baş tutacaq.
Avropa Liqasının final oyunu mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası, yarımfinal, ilk oyunlar
2 may
Ayntraxt (Almaniya) – Çelsi (İngiltərə) 1:1
Qol: Yoviç, 23 – Pedro, 45.
Baş hakim: Karlos del Serro (İspaniya)
Arsenal (İngiltərə) – Valensiya (İspaniya) 3:1
Qol: Lakazett, 18; 26. Obameyanq, 90 – Diakabi, 11.
Baş hakim: Kleman Tyürpen
Bizi Facebook-da izləyin