“Tottenhem”in ən pis mövsümlərindən biri
“Tottenhem” klub tarixində ən pis mövsümlərindən birini keçirir.
Komanda.az xəbər verir ki, London təmsilçisi cari mövsümdə bütün turnirlər də daxil olmaqla 18 oyunda məğlub olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Tottenhem” sonuncu dəfə ən çox məğlubiyyəti 2008/09 mövsümündə alıb. Londonlular həmin mövsüm 19 dəfə meydanı məğlub tərk edib.
Çempionlar Liqasının yarımfinalının “Ayaks”la ilk oyununda məğlub olan “Tottenhem”, bu mövsümdə keçirəcəyi gələcək matçlarda da azı bir dəfə məğlub olsa, antirekordunu yeniləyəcək.
“Tottenhem” – “Ayaks” matçı 0:1 hesabıyla bitib. Komandalar arasındakı cavab matçı mayın 8-də keçiriləcək.
“Tottenhem” İngiltərə Premyer Liqasında sona 2 tur qalmış 70 xalla 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin