İngiltərə Premyer Liqasında ilin ən yaxşı futbolçusu məlum oldu

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb.

Komanda.az xəbər verir ki, “Liverpul”un futbolçusu Vircil Van Dayk, Peşəkar Futbolçular Assosiasiyası tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.

Hollandiyalı müdafiəçi bu mövsüm Premyer Liqada 36 qarşılaşmada iştirak edərək, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq isə ilin ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb. İngiltərə millisinin də formasını geyinən 24 yaşlı futbolçu, bu mövsüm 32 Premyer Liqa matçında iştirak edərək, 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button