“Atam Dibalanı “River Pleyt”də görmək istəyir” – FOTOLAR

“Yuventus”un hücumçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatini atasının 28 yaşlı hücumçunun Argentina çempionatına qayıtmasını istədiyini deyib.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, Sabatini, atasının Dibalanı “River Pleyt”də görmək istədiyini bildirib:

“Atam təkidlə onu “River Pleyt”də görmək istəyir. Hər həftə onunla bu mövzuda danışır. Amma Paulonun bu haqda nə düşündüyünü bilmirəm. Düşünürəm ki, o, hələ də Avropada qalacaq”.

Daha əvvəl argentinalı hücumçu ilə İngiltərə Premyer Liqasının 4 klubunun maraqlandığı bildirilirdi.

Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir. 28 yaşlı argentinalı forvard bu mövsüm A Seriyasında 26 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button