Hazard “Real”a keçsə, nə qədər qazanacaq?

“Çelsi”nin futbolçusu Eden Hazard yayda “Real”a keçəcəyi təqdirdə, Avropanın ən yüksək ödənişli futbolçusu olacaq.

Komanda.az xəbər verir ki, belçikalı hücumçunun Madrid təmsilçisində qazanacağı məbləğ bəlli olub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumatda, Hazardın “Real”da həftəlik 400 min funt-sterlinq qazanacağı bildirilib. O, bununla da, “Real”ın ən yüksək ödənişli futbolçusuna çevriləcək. Hazardın illik gəliri isə 20 milyon funt-sterlinq olacaq. 28 yaşlı futbolçu bundan əlavə bonuslar da qazanacaq.

“Çelsi” Hazard üçün “Real”dan 100 milyon funt-sterlinq tələb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button