Oyun zamanı ağzına arı girdi, xəstəxanalıq oldu – FOTO
Türkiyənin “Kayserispor” klubunun əsas və U-21 komandaları arasında baş tutan yoxlama oyununda gözlənilməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, əsas komandanın heyətində meydana çıxan klubun 19 yaşlı yetirməsi Batuhan İlhanın ağzına arı girib. 18-ci dəqiqədə baş verən bu hadisədən sonra gənc futbolçunun halı pisləşməyə başlayıb. Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, o, oyunu davam etdirə bilməyib və dərhal xəstəxanaya götürülüb.
Kayseri təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Batuhan xəstəxanada tibbi müdaxilələrin ardından evə buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin