İddia: “Mançester Siti” Halandla razılığa gəlib

“Mançester Siti” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferi ilə bağlı razılığa gəlib.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira özünün “tvitter” səhifəsində məlumat yayıb.

“Şəhərlilər” norveçli futbolçunun sərbəst qalması üçün müqaviləsində nəzərdə tutulan 75 milyon avronu ödəyəcək. Halandın özü isə İngiltərə klubunda 5 illik müqaviləyə əsasən, ildə 30 milyon avro qazanacaq.

Halandın Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə bitəcək. Onunla İspaniyanın “Barselona” və “Real” klubları da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button