Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 7-də Bosniya və Herseqovina, 12-də Danimarka yığmasına qarşı keçirəcəyi oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Komanda.az xəbər verir ki, Sarayevoda keçiriləcək Bosniya Herseqovina – Azərbaycan qarşılaşmasını İngiltərədən, Viborqda baş tutacaq Danimarka – Azərbaycan oyununu isə Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:

Bosniya və Herseqovina – Azərbaycan
7 aprel. Sarayevo. Saat 17:00
Baş hakim: Körsti Dovl
Baş hakimin köməkçiləri: Melissa Börgin, Sofie Denninqton
Dördüncü hakim: Lisa Ben

Danimarka – Azərbaycan
12 aprel. Viborq. Saat 20:00
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button