“Napoli” ilə finalda qarşılaşmaq möhtəşəm olardı” – Sarri
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Slaviya”ya 4:3 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, matçdan sonra bunları deyib
“Bu, Avropa Liqasında 22-ci oyunum idi və bu matçlarda 18 qələbə qazanmışam. Amma insanlar hələ də avrokuboklara uyğun olmadığımı deyirlər”.
60 yaşlı mütəxəssis, sabiq komandası “Napoli”nin “Arsenal”a məğlub olaraq, mübarizəni dayandırması ilə bağlı da danışıb:
“Napoli”yə görə təəssüflənirəm. “Arsenal”a qarşı oynamağın nə qədər çətin olduğunu bilirəm. “Napoli” ilə finalda qarşılaşmaq möhtəşəm olardı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin