“Bu oyuna evdən baxmağa üstünlük verirəm” – Bekhem
“Real”ın və PSJ-nin keçmiş futbolçusu Devid Bekhem açıqlama verib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, MLS liqasında çıxış edən “İnter Mayami”nin sahibi olan Bekhem, Çempionlar Liqasının 1/8 final mərhələsində bu gecə keçiriləcək PSJ – “Real” matçı barədə fikirlərini bildirib:
“Futbolçulara, hər iki komandanın tarixinə, azarkeşlərin həvəsinə nəzər salsaq, görərik ki, bu oyun hər bir fanat üçün arzudur. Hətta sevinirəm ki, stadionda olmayacam. Oynadığım komandaların görüşünü canlı izləmək mənim üçün çox həyəcanlı olardı. Bu oyuna evdən baxmağa üstünlük verirəm. Kimin qol vurmasından asılı olmayaraq, hər bir qolu qeyd edəcəm”.
Bekhem 2003-2007-ci illərdə “Real”da, 2013-cü ildə isə PSJ-də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin