“Bayern” və Levandovskidən rekord
“Bayern” Almaniya Bundesliqasının 19-cu turunda “Köln”ü məğlub edib.
Komanda.az xəbər verir ki, 4:0 hesabıyla bitən matçda het-trik edən Robert Levandovski turnirin tarixinə düşüb. Belə ki, polşalı hücumçu Bundesliqada 300 qol səddinə çatan 2-ci futbolçu olub. Bu göstəricidə mütləq rekordçu mərhum futbolçu Herd Müllerdir – 365 qol.
Bundan başqa, “Bayern” klubu Bundesliqada ardıcıl 66 oyunda qol vurmağı bacaran ilk komanda kimi tarixə düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin