Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Ayaks”dan (Niderland) Sebastyan Haller, “İnter”dən (İtaliya) Edin Dzeko, “Leyptsiq”dən (Almaniya) Emil Forsberq və “Sportinq”dən (Portuqaliya) Pedro Qonçalves namizəd göstərilib.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin