“Mançester Siti”nin futbolçusu ən yaxşı seçildi
AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Bruyne bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə (2:0) qazanmasında pay sahiblərindən biri olub. Komandasının vurduğu ikinci qolun məhsuldar ötürməsini məhz De Bruyne verib.
De Bruyne İngiltərənin “Mançester Siti” klubunun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin