Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu
İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc futbolçusu məlum olub.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodendir.
21 yaşlı futbolçu son mövsümdə Premyer Liqada 28 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi və futbolçusu da “Mançester Siti”dən olub. İspan mütəxəssis Xosep Qvardiola və müdafiəçi Ruben Dias mövsümün ən yaxşıları adına layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin