Azərbaycan güləşçiləri üçün Göygöl toplanışı

Azərbaycanın güləş üzrə yığma komandaları növbəti təlim-məşq toplanışına start verib.

Komanda.az xəbər verir ki, Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

Aprelin 19-25-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və mayın 6-9-da Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Aprelin 10-dək davam edəcək hazırlıq prosesi haqqında ətraflı məlumat daha sonra ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button