UEFA Neymarı cəzalandıracaq?
UEFA PSJ-nin futbolçusu Neymarı cəzalandıra bilər.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərənin “The Times” nəşri məlumat yayıb. Neymar PSJ-nin Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olduğu matçda (1:3) hakimin son dəqiqədə verdiyi penalti qərarını tənqid edib. Braziliyalı hücumçu, matçdan sonra “instagram” hesabında oyunun hakimlər briqadasının ünvanına qeyi-etik sözlər işlədib.
UEFA İntizam Komitəsinin Neymarı bu hərəkətinə görə 3 oyunluq cəzalandıracağı iddia edilir.
“Sambaçı” zədə səbəbindən PSJ – “Mançester Yunayted” görüşünü buraxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin