“Beşiktaş”ın prezidenti koronavirusa qalib gəldi – 2-ci dəfə
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa qalib gəlib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub rəhbərindən götürülən sonuncu testin nəticəsinin mənfi çıxdığı diqqətə çatdırılıb. “Beşiktaş”ın digər rəsmilərindən və komanda üzvlərindən götürülən koronavirus testlərinin də nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, Ahmet Nur Çebidə koronavirus dekabrın 30-da aşkarlanmışdı. O, mayda da koronavirusa yoluxmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin